1. Hiyləgər, kələkbaz, çoxbilmiş, fırıldaqçı, dolandırıcı.
2. Oğru, cibkəsən, evyaran.
3. Xilafət dövründə daimi sənət və peşəsi olmayan, təsadüfi işlərlə güzəran keçirən adamlara verilən ad.
Onlardan silahlı dəstələr düzəldilir, asayişi bərpa etmək üçün istifadə edirlərmiş. Çox vaxt belə dəstələr dağlara çəkilib qaçaqçılıq edir, bəzən keşik çəkir, bəzən soyğunçuluqla məşğul olur, lakin bütün hallarda yoxsullara kömək göstərirlərmiş. Dastanlarda 1-ci və 3-cü mənalarda rast gəlinir.
Amma Pəri ondan şübhəli idi. Bilirdi ki, Nigar xəbisin, əyyarın biridi, genə də gizlənə bilər. (“Qurbani”)
*
Əyyarın sözü paşanın beyninə batıb o dediyi kimi elədi və şəkil asılan yerdə də qarovul qoyuldu ki, baxsın görsün qızı ilə deyişməyə kimin rəyi var. (“Mahmud-Niyar xanım”)
*
Paşa ovda Qəmbəri öldürmək istərkən yenə də əyyarı razı olmayıb dedi... (“Mahmud-Niyar xanım”)
*
Onun bir əyyarı var idi, adına Mehrab deyərdilər. O, həmişə hakimin yanında olub, onun qəlbini açardı. (“Dilsuz və Xəzangül”)